Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Baxışlar selində qərq edər məni,


Tellərdən süzülüb damanda Habil.

Bütün varlığımla qərq edər məni,

Məndən mənliyimi alanda Habil.



Səslər yollarına saçılar ömrün,

Dadını şirinlər, açılar ömrün.

Hər iki qapısı açılar ömrün.

Qıyıb gözlərini yumanda Habil.



Ruhlar bəstəsidir onun bəstəsi,

Qalansa Günəşə çatar istisi.

Elə alışar ki, çıxsa tüstüsü,

İtirər dünyanı dumanda Habil.



Onda çox küsüşüb barışıb aləm,

Səslər səngərində vuruşub aləm.

Birdə görürsən ki, qarışıb aləm,

Yaxşı da Habildir, yaman da Habil.



O bilməz izdiham niyə əl çalır,

Niyə yer uçalır, səma alcalır.

Deyərlər bəxtəvər nə gözəl çalır,

Özü calınanda kamanda Habil.



Ömür edər tellərdə əsəbi , gərgin,

Yaşamaz səslərdən olunsa sürgün.

Allah göstərməsin, görəm ki, bir gün

Bir yanda kamandır, bir yanda Habil.

( Birlik ,11 Yanvar 1972-ci il,№5.)

Azərbaycanın Mərkəzi Kitabxanaları
Şəxsi Kabinet
Qeydiyyat
Nəşr axtarışı