Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
1957- çi ilin may günlərindən biri idi.Rayon mədəniyyət evinin özfəaliyyət kollektivi şəhərimizdə kansert verirdi.Klub adamla dolu idi Həvəskar müğənnilər bir-bir səhnəyə çıxır, öz bacarıqlarını nümayiş etdirirdilər .Növbə buxara papaq qoymuş,əlində sədəfi siz tutmuş bir gəncə catdı. O,ustad aşıq kimi xoş avazla oxumağa başladı .Zaldakılar elə bil sehirlənmişdir.Hamı diqqətlə qulaq asırdı.Qoşma sona catan kimi alqış sədaları zalı titrətdi:

- Sağ ol,qardaş!

- Afərin!

- Birini də oxu!...

Gənc aşıq sifarişcilərin xahişi ilə səhnəyə qayıtmalı oldu.II Aratkənd kəndinin sakini Əzizxan Bəndəliyevin rayon öz-fəaliyyət kollektivində ilk cıxışı belə qarşılandı. İllər kecdikcə Əzizxanın ifacılıq qabiliyyəti daha da artdı,aşıq Əhməd Rüstəmovun köməyi ilə kamil bir aşıq kimi yetişdi.1959-çu il Əzizxanın həyatında unudulmaz iz buraxmışdır.O, həmin il Bakıda kecirilən III İnçəsənət festivalında cixiş etmiş və bürünc medal almışdır.1962-çi ildə Ə.Bəndəliyev Azərbaycan aşıqlarının III qurultayında dəvət olunur və öz cıxışları ilə paytax zəhmətkeşlərini valeh edir. Ona II dərəcəli laureat adı və I dərəcəli diplom verilir. İllər bir- birini əvəz etdikçə aşıq Əzizxan xoş səsi və gözəl ifacılıq qabilliyəti ilə nəinki rayonumuzda, eləçə də respublikamızda baçarıqlı aşıq kimi tanınır, səsi maqintofon lentlərinəyazılır.Həmcinin rayon Komsomol Komitəsinin, Azərbayçan SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərman və diplomları ilə təltif olunur.Aşıq Əzizxan Bəndəliyev hazırda şəhər mədəniyyət evin-dəki səyyar mədəni cadırın işcisidir.O,kollektivin bütün mədəni tədbirlərində fəal iştirak edir və həmişə dinləyicilərin alqışını qazanır.

( Birlik,17 Fevral 1972-ci il,№21).