Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Hər dəfə musiqi məktəbinin qarşısından keçəndə içəridən gələn musiqi sədaları diqqəti çəlb edir. Maraqlanıb icəri daxil oluram.Məktəbin direktoru Yafəs Şeydayevlə görüşüb tar şöbəsinin şagirdləri olan otağa gedirik.Tar müəllimi Musa Musayev birinçi sinif şagirdləri ilə “Cücələrim” mahnısını məşq edirdi. Direktor dedi:

-Musa müəllimin işindən razıyıq,onun şagirdləri öyrədilən mahnıları yaxşı mənimsəyirlər.

Söhbətə Musa müəllim də qoşuldu :

--Məni cox tərif etməyin .Böyük iş görməmşəm.Üzərimə düşən vəzifəni yerinə yetirirəm.Sonra məktəbin dəhlizini ,ayrı-ayrı otaqları gəzirik.Divarlarda fotomontajlar, görkəmli sovet musiqişunaslarının şəkilləri asılmışdır.Hər tərəfdə səliqə-səhman diqqəti çəlb edir.Gördüklərim,musiqi məktəbində çalışan kollektivin işindən xəbər verir.Onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

( Birlik,25 Yanvar 1972-ci il,№11)