Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Rayon mədəniyyət evinin kollektivi növbəti qastrolda idi.Həvəskar artistlər,müğənnilər bir-bir çıxış edir,öz ifaçılıq bacarığını nümayiş etdirirdi-lər.Növbə müğənni və qarmon çalan Şirvan Mahmudova çatdı.O,qarmonu dilə gətirdi,həzin melodiyalar altında “Rast”muğamını və “Cahargah” təsnifini məharətlə ifa etdi.Zaldan alqış sədaları qopdu. Şirvan Mahmudov on ildən artıqdır ki,rayon mədəniyyət evindəki bədii özfəaliyyət kollek-tivinin üzvüdür.O,kollektiv üzvləri ilə tez-tez kəndlərə,qonşu şəhərlərə qastrola çıxır,çıxışları da həmişə müəffəqiyyətli olur. Ş.Mahmudov ümum-respublika festivallarında dəfələrlə iştirak etmiş,bir neçə dəfə adı qaliblər sırasında çəkilmişdir. Respublikamızın 50 illiyi münasibəti ilə bədii özfəaliyyət kollektivlərinin Bakıda keçirilən müsabiqəsində fəxri fərman almışdır.Şirvan ifaçılıq sənətini daim təkmilləşdirir,öz repertuarını zənginləşdirir.O,qarmonda 50-yə qədər müxtəlif mahnı və rəqs havaları çalmağı bacarır.Onun oxuduğu “Rast”,”Şur”muğamları, ”Cahargah təsnifi”,”Rəna”,”Ay qız” və başqa mahnıları tamaşaçılar tərəfindən həmişə sürətli alqışlarla mükafatlandırılır. Biz gənc müğənni və qarmonçalan Ş.Mahmudova yeni-yeni müəffəqiyyətlər arzulayırıq.

(Birlik,30 Mart 1971-ci il,№37)