Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Elə bu vaxt məktəbin zəngi çalındı.Bütün otaqlarda dərs başlandı.Tar müəllimi Ağabağır Bağırov da mövzunu izah etməyə başladı.

-Uşaqlar,bilirsiniz ki,tar azərbaycan xalqının ən qədim musiqi alətidir.Bu sadə musiqi alətində bütün havaları çalmaq olar.Muğam da, xalq havaları da,bəstəkarlarımızın opera və baletlərindən parçalar da.Ümumiyyətlə,Mikayıl Müşfiq demişkən:

“Oxu,tar!

Mən səndə

İstənən havanı çala da bilərəm

Mən səndən bu günün zövqünü ala da bilərəm”

Sonra müəllim tarın tutulma qaydasından,onun qurluşu haqında şagirdlərə ətraflı məlumat verdi.

Bu ,Sentyabrın əvvəlinci günlərində olmuşdur.İndi onun şagirdləri tarda onlarca hava çalmağı bacarır.Şagirdlərdən Mütəllim Məlikov,Fikrət Tarıverdiyev,Mübariz Məmmədov və başqaları artıq tarçalma sənətini müəyyən qədər mənimsəmişlər.Onlar rayon məktəblərinin özfəaliyyət konsertlərində həmişə müəffəqiyyət qazanırlar. Bu yaxınlarda rayon mədəniyyət evində keçirilən gənc istedadların baxışında da həmin məktəbin şagirləri üstünlük qazanmışlar. A.Bağırov şəhərimizdə yeddiillik musiqi məktəbində fəaliyyətə bu ilin Sentyabr ayından başlamışdır.Lakin bu az müddət ərzində o,işlədiyi kollektivin,eyni zamanda dərs dediyi şagirdləri dərin hörmətini qazanmışdır.Axı,o sənətinin vurğunudur,həmçinin bu sənəti həvəskarlara hərtərəfli öyrətməyə çalışır.Biz öz yazımızı yenə görkəmli şairimiz Mikayıl Müşfiqin bu sözləri ilə tamamlamaq istəyirik:

“Oxu,tar!

Səni kim unudar?”

Tar müəllimi A.Bağırova da sözümüz budur:tardan möhkəm yapışın,qoy onun sarı simləri heç vaxt kökdən düşməsin!

(Birlik,18 May1971-ci il,№58)