Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Qəzetimizin xəbər verdiyi kimi,M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Gəlməli,görməli,gülməli” miniatür teatrı rayonumuzagəlmişdir.Əməkdaşımız tamaşadan sonra respublikanın xalq artisti Lütvəli Abdullayevlə görüşüb,ondan müsahibə almışdır.Həmin müsahibəni dərc edirik.

-Lütvəli müəllim,yorğun olsanız da,xahiş edirəm qəzetmizin oxucuları üçün kiçik müsahibə verəsiniz.

-Qoca deyiləm ki,yorulam.Qələmin varmı? Hə,onda yaz,bala.Biz yəni mən,Əlağa Ağayev,Səyavuş Aslanov, bir də Şövkət xanim miniatür teatr yaratmışıq-, “Gəlməli,görməli gülməli”.Əvvəl Bakıda tamaşalar vermişik.Durum deyim verməmişik,vermişik axı.İndi də çıxmışıq rayonlara.Kənd camaatına xidmət edirik.Şamaxıda olmuşuq,bu gün Ağsudaydıq,sabah Ağdaşa gedeceyik.Tamaşamız nece keçib,gülən çox olub, yoxsa gülməyən,onu da siz bilərsiniz.

- Siz səhnədə olanda gülməmək mümkün deyil.Söz gülüşdən düşmüşkən,deyə bilərsinizmi,tamaşaçıların aramsız gülüşü sizə mane olmur ki?

-Pah, mane olur nədir,əksinə,məni ruhlandırır,həvəsimi artırır.Artist tamaşaçını güldürürsə,bundan yaxşı nə ola bilər.Qaraqabaq tamaşaçını görəndə dilxor oluram.

-Siz indiyədək yüzlərlə gözəl,komik obrazlar yaratmısınız.Deyə bilərsinizmi bunların içərisində sizinçin ən sevimli hansıdır?

-Xoşlamadığım rolu mən oynamıram.Ancaq yaratdığım obrazlar içində ən ürəyimə yatanı “Arşın malan”dakı Vəlidir.Zənnimcə bu,mənim kinoda yaratdığım ən müəffəqiyətli obrazdır.

“O olmasın,bu olsun”da bir neçə rol oynamışam.Hammal ,kinoda Baloğlan .Təzəliklə Məşədi İbadı oynayıram.Çoxdankı arzum idi.Məşədini oynamaq oynadım.

- Özünüzə ideal sandığınız bir aktyor varmı?Hansı aktyorla birgə çıxış etmək sizinçün xoşdur?

-Mənimçün ideal aktyor SSRİ xalq artisti Mirzağa Əliyevdir.Mərhum Bəşirlə,köhnə dostlarım Nəsibə Zeynalova və İmanverdi Bağırovla,öz yetişdirməm Səyavuş Aslanovla birgə çıxış etmək mənə ləzzət verir.

-Adamları güldürmək çətindirmi?

-Bu yaxınlarda qəzetlərin yazdığına görə görkəmli fransız aktyoru,məhşur gülüş ustası Lui De Funes birdən-birə ciddi dramatik rollar oynamaq qərarına gəlib.De Funesin milyonlarla azarkeşini həyacanlandıran bu işə siz necə baxırsınız? Yəni sizin özünüzə bir gün dramatik rollar oynamağı təklif etsələr,oynayarsınızmı?