Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Hər dəfə məktəbimizdə şagirdlərin qüvvəsi ilə konsert veriləndə həvəskar tarzən Mirzə Əzimovun çıxışı hərarətlə qarşılanır.Onun barmaqları simlərin üstündə gəzdikcə dinləyicilərin qəlbini ehtizaza gətirir. M.Əzimov şəhər orta məktəbinin VII sinifində oxuyur.Onun ən böyük arzusu musiqiçi olmaqdır.Ona görə də Mirzə boş vaxtlarında tarda müxtəlif havalar çalmağı öyrənir,öz repertuarını zənginləşdirir.O, həmçinin şəhərimizdəki musiqi məktəbində öz biliyini artırır.Biz tar həvəskarı M.Əzimova bu yolda müəffəqiyyətlər arzulayırıq.

(Birlik,4 Mart.1971-ci il,№27)