Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Çaparlı kənd kitabxanası əməkçilərin ən çox sevdikləri yerdir. Zəhmətkeşlər və məktəblilər boş vaxtlarında burada olur,maraqlı kitablar oxuyur,kütləvi tədbilərin həyata keçirilməsində kitabxanaçıya yaxından köməklik göstərirlər. Kitabxanaçı Canbala Ağamalıyev kitabxananı həmişə oxucuların üzünə açıq edərək, oranı təmiz və səliqəli saxlayır.O kitabları şöbələr üzrə yerləşdirmişdir. Bu da kitab seçməkdə oxucuların işini xeyli asanlaşdırır. Kitabxananın 4.038 ədəd kitab fondu və 100 nəfərdən artıq oxucusu vardır.Oxucular tez-tez burada ucadan oxu,kitab müzakirələri , disputlar təşkil edirlər.Bu günlərdə Gülağa müəllim Ə.Vəliyevin “Gülşən”povesti haqqında oxuculara geniş məlumat vermişdir.Sonra isə fəal oxuculardan Arif Əsədov,Səxavət Ağamalıyev və başqaları çıxış etmişlər.Kitabxanaçı C.Ağamalıyev kitabı hər bir oxucuya sevdirməklə bərabər öz üzərində də səylə çalışır.O, APİ-nin dil-ədəbiyyat şöbəsinin üçüncü kursununda qiyabi təhsil alır.Kitabxanada “Lelinqrad göylərində “,”Komsomol poeması”,”Gənc qvardiya” və başqa kitabların disputları keçirilmişdir. Kitabxananın aylıq orqanı olan “Kitabxanaçı”divar qəzeti müntəzəm və maraqlı buraxılır.Onun son nömrəsi divardan asılmışdır.Son nömrənin materialları şair və yazıçılara həsr edilmişdir.Qəzetdə S.Vurğun,M.Müşfiq,M.İbrahimov,N.Nərimanov və başqaları haqqında maraqlı yazılar və şəkillər verilmişdir.Bu işlərin görülməsində C.Ağamalıyev səylə çalışır,öz işini günün tələbləri səviyyəsində qura bilir və üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir.Gənc kitabxanaçıya biz də təhsildə və əməkdə müəffəqiyyətlər arzulayırıq.

(Birlik,20 Mart 1971-ci il,№33)