Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Yurdumuza may gəlmişdir.Bütün dünya zəhmətkeşlərinin həmrəyliyi günü olan 1 May lalələrin yanaqları qızarmış, bənövşələr, nərgizlər saçağlanmış, ağaclar, yamaclar yaşıl örpəyə bürünmüşdür. Bu gün hər yerdə bayram əhval-ruhiyyəsi var. Bayraq və şüarlar küçələrə, binalara xüsusi yaraşıq verir. Ərəbuşağı kəndi də bayram libası geyinmişdir. Ağsu-Bico şossesindən ayrılan asfalt yol bizi həmin kəndə aparır.Yol boyu durna qatarı kimi cərgələnmiş uca qovaqlar, salxım söyüdlər, ikimərtəbəli, aynabəndli evlər sanki adama gəl-gəl deyir.Budur, bu da kolxoz idarəsi.Təzə tikilmiş,yaraşıqlı bir bina.Qapısının üzərində “kolxoz sədri” yazılmış bir otağa daxil oluruq.Stol arxasında sinəsi orden və medallarla bəzədilmiş bir kişi əyləşmişdir.Kolxozun sədri Hüseyn Mirzəyev bizi mehribanlıqla qarşılayır.Sonra qarşısın-dakı kağızları araşdırıb işküzarlıqla dillənir:

-Bu saat kolxozda o qədər iş var ki,adam heç vaxt tapa bilmir.Çiyid səpini yenicə qurtarmış,indi suvarma işi gedir.Bir yanda zəmilərə qulluq işi,yun qırxımı,ot çalımına hazırlıq,kombayınları məhsul yığımına sazlamaq,yeni-yeni ictimai binalar tikmək.Doğrudur, işimiz pis getmir,lakin daha da sürətləndirmək lazımdır.

-Biz də bu işlərin gedişindən yazmaq üçün gəlmişik.

-Elə isə tarlaya çıxaq .Orada özünüz adamlarımızın işi ilə tanış olun.Göz işlədikcə uzanıb gedən sahə.Torpaq ovuc içi kimi hamardır. Sədr torpağı eşib bir çiyid çıxarır və baxır.

-Cücərmək üzrədir , tezliklə yaşıl zolaqlar sahəni bəzəyəcək.Onda bu yerlərdə əmək bulaq kimi qaynayacaq.Kultivatorlar cərgələr boyu çapacaq,qız-gəlinlər becərmə işi aparacaqlar.

Sonra biz traktor parkına gəlirik.Burada bir neçə gənc mexanizator “səhra gəmi “lərini təmir edirlər.Sədr bildirir ki,biz bu il 1.500 hektar sahədə taxıl məhsulu yetişdiririk.İndidən hazırlaşırıq ki,məhsul vaxtında və itkisiz yığılsın. Bu vaxt sədr xeyli aralıqdakı sahəyə baxır.Orada işləyən traktorları göstərib deyir:

-Traktorlarımızın işindən çox razıyam.Xüsusən Alı Kərimov,Ləzgixan İsmiyev,Feyruz Yusifov daha yaxşı çalışırlar.Bəli, Ərəbuşağı kəndi gündən-günə böyüyür.Axı,onun işgüzar adamları vardır. Kənddə son illər xəstəxana, mağaza,çayxana-bufet,idarə binaları tikilib istifadəyə verilmiş,əməkçilərin evlərinə mavi alov ,avtomat telefon xətti çəkilmişdir.Bütün evlərdə televizor,radioqəbuledici vardır.Kənd sakinlərindən xüsusi minik maşını olanı çoxdur.Ər

əbuşağı kəndinin bu günü gözəldir,sabahı isə daha gözəl olacaqdır.

(Birlik,1 May1971-ci il,№51)