Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016
Kamanın həzin iniltisi,udun yanığlı naləsi,neyin ürək oxşayan havası necə də təsirlidir!Ancaq tarın səsini bütün səslərdən çox xoşlayıram.Bəlkə bu,mənim üçün belədir.Mirzə əlinə tar alanda uşaq idi.Hələ birinci sinifə getmirdi.Atasına kiçik tar düzəltdirmişdi.Musiqi məktəbinə gedəndə artıq bir neçə hava çalmağı bilirdi. Bir axşam atası evə gələndə soruşdu:

- Oğlum,bu gün dərslərdən “beş”almısan?

Anası sevinclə dedi:

-Oğlum musiqi məktəbinə daxil olub.Özü də müsabiqədə birinci yer tutub.Ələşrəf oğlunu qucqalayıb öpdü.

-Gərək dərslərini də yaxşı oxuyasan.

-Əlbəttə,-deyə Mirzə,müəllimin verdiyi tapşırığı yazmaq üçün o biri otağa keçdi.İndi o günlər arxada qalıb.Mirzə böyüyüb.On beş yaşı var.Yaxşı tar çalır.1971-ci ilin mart ayı idi.Mədəniyyət evində məktəblilərin istedadlarına baxış keçirilirdi.Əvvəlcə səhnəyə bəstəboy,qıvrım saçlı,gülərüz bir uşaq gəldi.Onun çaldığı “Azərbaycanım”və “Cücələrim”mahnıları münsiflər heyyətini razi saldı.Müsabiqədə iştirak edənlər arasında birinci yeri Mirzə Əzimov tutdu.O, indi şəhər orta məktəbinin VII sinifində oxuyur.Məktəbin pioner və komsomol təşkilatlarının keçirdiyi tədbirlərdə fəal iştirak edir.Bədii özfəaliyyət dərnəyində tarçalanlar dəstəsinə rəhbərlik edir.Dərslərini də yaxşı oxuyur.Sinif nümayəndəsidir.Mirzə Əzimovdan gələcəkdə hansı peşəni seçəcəyini soruşduq.

-Mən tarzən olacağam,-dedi.Bu yolu görkəmli tarzənlərimiz Qurban Pirimov,Əhsən Dadaşov,Hacı Məmmədov və Həbib Bayramov da keçmişlər.Mirzə, qoy sənin də arzuların çiçək açsın!

(Birlik,18 Noyabr1971-ci il,№136)