Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Xəbərlər
12 Dekabr , 2016
Ağsu rayonunda görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ictimaiyyətin çoxsaylı nümayəndələrinin, o cümlədən ziyalıların, ağsaqqalların və gənclərin iştirakı ilə ehtiramla yad edilib.
Dekabrın 12-də rayon ictimaiyyəti şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan parka gələrək, burada Ümummilli Liderin abidəsini ziyarət edib dahi rəhbərə öz ehtiramlarını bildiriblər.Sonra Heydər Əliyev Mərkəzində anım mərasimi keçirilib. Məktəblilər Ulu Öndərə həsr edilən şeirlər oxuyub, Azərbaycanın Dövlət himnini ifa ediblər.Daha sonra Ümummilli Liderə həsr olunan film nümayiş etdirilib.Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və digər çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı danışıb, xalqımız qarşısında misilsiz xidmətlərini diqqətə çatdırıblar. Vurğulanıb ki, bu gün Azərbaycanın qazandığı böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir.