Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
25 Avqust , 2017
Nəsibov Davud Məcid oğlu (Davud Nəsib) 1942-ci il avqust ayının 25-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959-1963). 1966-1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Ədəbi fəaliyyətinə 1956-cı ildə “Qalibiyyət bayrağı” (Qazax rayonu) qəzetində dərc edilən “Mənim doğma çayım - mənim Kür çayım” adlı ilk şeiri ilə başlayan Davudun o zaman on dörd yaşı var idi. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuş, 60-cı ilin əvvəllərindən əbəbi-ictimai mühitdə tanınmağa, istedadlı şair kimi nüfuz qazanmağa başlamışdır. Azərbaycan poeziyasında böyük hadisələrin meydana çıxdığı, üslub axtarışlarının genişləndiyi 60-cı illərdə şairin “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969) kitabları nəşr olunur ki, bu böyük uğur idi. 1974-cü ildə Moskvada “Sovetski pisatel” nəşriyyatı tərəfindən “Anama məktublar”, 1981-ci ildə isə “Ocaq daşları” şeirlər kitabları çap edilmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirdikdən sonra (1971-1972) Bakıya qayıtmış, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri işləmiş, sonra Poeziya şöbəsinə rəhbərlik etmiş, ömrünün sonuna qədər burada çalışmışdır. Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuş (1978-1980) və macar şairi Mikloş Radnotinin şeirlər kitabını doğma dilə çevirmişdir.Bir-birinin ardınca nəşr edilən “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (1973), “Ürək sözsüz danışır” (1976), “Ümid qatarı” (1979), “Azərbaycan bayatısı” (1984), “Dünya bir körpüdür” (1987) şeirlərdən və poemalardan ibarət kitabları oxucular tərəfindən böyük rəğbət qazanmışdır. 90-cı illərin əvvəllərində Davud Nəsibin müxtəlif illərin yaradıcılıq nümunələri daxil edilmiş sonuncu şeirlər kitabı “Karvan gedir” (1991) çap olundu. Şair artıq nəsrə keçmişdi və onun xəyalında qədim Azərbaycan (Alban) tarixinin hadisələri canlanırdı. Həmin 90-cı illərin tarıxı araşdırmalarının nəticələri olaraq, 2000-ci ildə “Cavanşir”, 2001-ci ildə isə “Cavanşirsiz məmləkət” tarixi romanları nəşr edildi. Davud Nəsibə bu romanları məhz 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü o ağır şərait Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatıdır (1986).Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri Fərmanlarına layiq görülmüşdür.Davud Nəsib 2003-cü il mart ayının 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyışmişdir.