Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
16 Yanvar , 2017
16 Yanvar 2017-ci il tarixdə Mərkəzi Kitabxananın oxu zalında 20 Yanvar Milli matəm gününə həsr olunmuş “20 Yanvar-azadlığa gedən yolun zirvəsidir” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov açdı və faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra 1saylı orta məktəbin tarix müəllimi Sənan Nemətov “20 Yanvarın milli azadlıq hərəkatında rolu”,3 saylı məktəbin müəlliməsi Yeganə Cəlilova “20 Yanvar-xalqımızın birliyi günüdür” ,rayon ziyalısı,şair Maarif Şikarov “20 Yanvar və Azərbaycan ədəbiyyatı”,fəal oxucu Eyvaz Bayramov “20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi” mövzularında müzakirələr apardılar.Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar kitab sərgisi və sənədli video çarxla tanış oldular.