Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Xəbərlər
19 Yanvar , 2017
Ağsu rayon Rəhimli kənd inzibati ərazi dairəsində Qanlı yanvarla bağlı tədbir keçirildi. Tətbirdə Ərazi dairəsinin təhsil müəsisələri və kənd sakinləri iştirak etdi. Tədbir Rəhimli kənd klubunu önündə Milli Qəhrəmanlar Yusif Əliyev və Şamil Ramazanov un büstü onündə keçirildi. Əvvvəlcə Qəhrəmanların büstləri onünə qərənfil düzüldü. Samit Mikayılova adına Rəhimli kənd tam orta məktəbinin direktoru Sədaqət Feyzullayeva çıxış edərək həmin dövrdə baş vermiş hadisələr haqqında məlumat verdi. Müəllimlər, kənd sakinləri xatirələrindən danışdılar. Bu gün, 19 yanvar 2017-ci il həm də Milli qəhrəman Şamil Ramazanovun doğum günü idi. Qəhrəmanin qardaşı, baçıları və qohumları iştirak etdilər. Rəhimli kənd İcra nümayəndəsinin müavini Aydın Ələkbərov söz aldı və qed etdi ki, bu gün Respublikamızın iqtisadiyyatı dünya ölkələriri arasında qabaqcıllar sirasındadır. Müxtəlif dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Bu il də İslam həmrəylik idman oyunlarına ev sahibliyi edəcək. Rəhimli kəndi qəhrəmanlar yetişdirən diyar kimi Respublikada tanınır. Mən təklif edirəm ki, Milli qəhrəman Ramazanov Şamil Ağasəf oğlunun anadan olmasının 41-ci ildönümünə həsr olunmuş Taekvondo idman növü üzrə xatirə turnirinəev sahibliyini Rəhimli kənd ərazi dairəsi etsin. Təklif tədbir iştirakçılarının ürəyincə oldu və müraciət Ağsu rayon Gənclər və idman idarəsinə göndərildi. Tədbir məktəblilərin həmin dövrü əks etdirən şeirləri ilə sona çatdı