Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
29 Mart , 2017
Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 99 il ötür.29 Mart 2017-ci il tarixdə Mərkəzi kitabxanada keçiriləndəyirmi masa da Azərbaycanlıların soyqırım gününə həsr olunmuşdur.Tədbiri açan Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov vurğuladı ki,ulu öndər ,mərhum prezidentimiz Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü bütün dünya azərbaycanlılarının təşəbbüsü ilə hər il qeyd edilir.Bu gün Mərkəzi kitabxa-nada keçirilən dəyirmi masa da bu qəbildəndir.Çıxış edən 3 saylı məktəbin müəllimi Reyhanə Məmmədova qeyd etdi ki,“Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”-deyən Azərbaycan prezidenti cənab lham Əliyev erməni işğalçılarının iddialarına sərt cavab verib: “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir”. Fəal oxucu Polad Cavadov isə çıxışında göstərdi ki,Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlara atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. “Xocalıya ədalət” kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu.Heydər Çıxış edən Elnarə Eminova Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalına cəlb etdi.Vurğuladı ki,bu portal ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.Çıxış edənlər belə bir fikir ifadə etdilər ki,tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.Sonda tədbir iştirakçıları bu mövzuda hazırlanmış kitab səgisi və video-çarxla tanış oldular.