Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
25 Aprel , 2017
Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. 2017-ci ilin Aprelin 25-də Mərkəzi kitabxanada keçirilən tədbir də islam həmrəyliyinə həsr olunmuşdu.Tədbiri açan Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov Prezident İlham Əliyevin 2017-ci ilin “Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında” 10 Yanvar 2017-ci il tarixli Sərəncamından,bu sərəncamdan irəli gələn vəzifələrdən danışdı.Sonra sözü rayonun imamı , Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Nurəddin İslamova verdi. O vurğuladı ki,əhalinin əksəriyyəti müsəlman dövləti olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir. Hacı Nurəddin İslam Həmrəyliyi ilə əlaqədar dövlətimizin başçısı ,prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətindən danışdı və rayon dindarları adından ona öz təşəkkürünü bildirdi.Tədbirin sonunda iştirakçılar bu mövzuda hazırlanmış kitab sərgisi ilə tanış oldular