Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
16 May , 2017
Sonra çıxış edən tarix müəllimi Sənah Nemətov rayonun işğal tarixindən danışaraq geniş nitq söylədi. O qeyd etdi ki, Laçın rayonu 1924-cü ildə təsis edilib. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ərazisi 1 tam yüzdə 84 min km2, əhalisininin sayı 72,0 min(01.10.2012) nəfərdir. Laçın rayonunda 1 şəhər(Laçın), 1qəsəbə(Qayğı), 123 kənd vardır. Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan Respublikasının işğalı altındadır. BMT-nin işğalla bağlı məlum qətnaməsinə baxmayaraq Dünya ictimaiyyəti Laçının işğalına 25 ildir ki biganə yanaşır.Sonra çıxış edən Ağsu şəhər musiqi məktəbinin direktoru Sərdar Mirzəyev və Mədəni İrsin Qorunması ,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu üzrə abidə mühafizəçisi Allahverdi Qənbərov ölkə prezidentinin qaçqınlarımıza olan qayğısından ,torpaqlarımızı azad edəcək Azərbaycan Ordusunun qüdrətindən ,azərbaycan əsgərinin qəhrəmanlıqından bəhs etdilər.Sonda iştirakçılar "Laçın dəhlizi”(1993) adlı filimə baxmışlar.