Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Xəbərlər
6 İyun , 2017
iyunun 1-dən Ağsuda artıq kitabxanalar evlərdə insanlara kitabxana xidməti göstərməyə başlayıb.Kitabxanaçı əvvəlcədən ailənin hansı kitabı oxuyacağını öyrənir və həmin kitabları evə ,oxucuya aparır.Bu zaman onlara yeni kitablar haqqında da məlumat verir.Lazım gələndə evlərdə ahıl insanlara kitabın ən maraqlı yerlərindən parçalar da oxunulur. İsti yay günlərində bu üsul özünü doğruldur.Xüsusilə dağ kəndlərində şəhərdən istirahət etməyə gələnlər evlərə kitabxana xidmətindən daha çox yararlanırlar.Ağsu rayon Mərkəzi kitabxanası,
onun Uşaq şöbəsi,16 saylı Kalva,14 saylı Ərəbuşağı və 28 saylı Kəlağaylı kənd kitabxana filialları evlərə kitabxana xidmətindən daha çox istifadə edirlər.Bu üsul kitabxanaların oxucularının sayının artmasına və həm də əhaliyə göstərilən kitabxana xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.