Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
23 İyul , 2017
23 İyul 2017-ci il tarixdə Mərkəzi kitabxanada Ağdamın işğalının anım günü ilə əlaqədar tədbir keçirildi.Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova Ağdərə şəhərinin (07.07.1993-cü il) və Ağdamın işğalı (23.07.1993-cü il)ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.Vurğuladı ki,Azərbaycan dövləti bu faktla heç vaxt barışmayacaq və işğal altındakı torpaqlarımız qüdrətli Azərbaycan Ordusu tərəfindən azad ediləcəkdir.Bu fikir digər çıxış edənlər tərəfindən də səsləndirildi.Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş sərgi və video-çarxla tanış oldular.