Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
18 Avqust , 2017
Mərkəzi kitabxananın Xidmət şöbəsinin böyük kitabxanaçısı Dilbər Əliyeva və multimedia mütəxəssisi Türkanə Abdulova Mirvarid Dilbazinin zəngin poeziya dünyası haqqında oxuculara məlumat veriblər. Çıxışlarda bildirilib ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda dünyaya gəlib. Onun “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilir.Vurğulanıb ki, M.Dilbazinin əsərləri bu gün də sevilə-sevilə oxunur.Sonda oxucular M.Dilbazinin kitabları, eyni zamanda, kitabxananın fonduna yeni daxil edilmiş çox sayda kitablarla tanış olublar.