Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
3 Oktyabr , 2017
Heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə cəlb etmir. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgə yaşayışa çağırır.Bu gün dünyada geopolitik maraqlar çox təhlükəli həddə gəlib çatıb. Bəşəriyyət böyük təhlükə ilə üzləşib. Bunu Yaxın Şərqdə, Suriyada baş verən hadisələr bir daha sübut edir. Bu vəziyyəti yaradan qüvvələr, ölkələr artıq özləri də başa düşürlər ki, idarə olunan xaos yaratmaqla dünyada hökmranlığa sahib ola bilməyəcəklər.Onlar din amilindən siyasi vasitə kimi istifadə edirlər. Belə bir zamanda vətəndaşlara əsil həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.03 Sentyabr 2017-ci il tarixdə Mərkəzi kitabxanada təşkil edilmiş sərgi də məhz bu məqsədə xidmət edir.Sərgidə dini radikalizm, ekstremizmə dair ən son məlumatlar,kitablar öz əksini tapmışdır. Azərbaycan Respublikasının “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunu sərgidə xüsusi yer tutur.Yeri gəldikcə mövzu ilə əlaqədar yaranan sualları Mərkəzi kitabxananın işçiləri cavablandırırlar.