Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
21 Sentyabr , 2017
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “sülh aylığı” elan edilmiş və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunur.Bu münasibətlə Ağsu rayon Mərkəzi kitabxanasında 21 Sentyabr 2017-ci il tarixində Beynəlxalq Sülh Günü” münasibəti ilə “dəyirmi masa” təşkil olunub.Rayon ziyalılarının və fəal oxucuların iştirak etdiyi tədbiri Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova açaraq 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Vurğulayıb ki,Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir.Tədbirdə çıxış edən tarix müəllimi Sənan Nemətov “Azərbaycanda sülh və təhlükəsizlik siyasəti”,Şikayət Məhərrəmova Sülh və tolerantlıq nümunəsi-Azərbaycan” və Nazənəm salmanova “Din və sülh mədəniyyəti” mövzusunda çıxış etmişlər.Aparılan müzakirələrdə cəmiyyətdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulanıb, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Münaqişənin həllinin tapılmamasının regionda təhlükəsizliyə əngəl olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə nümayiş etdirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Vurğulanıb ki,bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.Sonda sülh mövzusuna həsr edilən “Sülh zəngi” video-çarxına və bu mövzuda təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.