Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
10 Noyabr , 2017
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın  Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 22 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Bütün bunlar 10 Noyabr 2017-ci il tarixdə Mərkəzi kitabxananın oxu zalında keçirilmiş tədbirdə səsləndirilib.Rayon Mədəniyyət Nərkəzinin və Mərkəzi kitabxananın birlikdə keçirdiyi dəyirmi masada Elçin Novruzov “Azərbaycan Konstitusiyası mütərəqqi dəyərlərə sadiqdir”,Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Məhbubə Əhmədova “Müstəqilliyimiz konstitusiyamızla qorunur” və Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov “Ali Qanunumuz” mövzularında çıxışlar etdi.Sonda tədbir iştirakçıları “Müstəqilliyimiz konstitusiyamızla qorunur” adlı sərgi ilə tanış oldular.
Foto Qalereya