Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
16 Noyabr , 2017
17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ildə Sovet imperiyasının hüdudları daxilində təlatümlər başladı. Həmin ilin noyabrında 100 minlərlə Azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Xaıqımızın azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Rəsmi Moskva isə xalq hərəkatının qarşısını almaq üçün Azərbaycanda fövqəladə vəziyyət elan etdi və Bakıya ordu yeridərək meydanda yerləşdirildi. Dekabrın 3-dən  4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı və onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu fikirlər 16 Noyabr 2017-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbirdə səsləndirilmişdir. Çıxış edənlər vurğuladılar ki, bu tarixdən etibarən Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Foto Qalereya