Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
17 Noyabr , 2017
“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planının 5.1.7.bəndinə uyğun olaraq Ağsu rayon MKS-də bir sıra işlər görülmüşdür.Belə ki,rayonun tarixi abidələri,turizmi haqqında stendlər hazırlanmış,vaxti ilə rayonda çıxmış “Yeni həyat” və “Birlik” qəzetlərinin elektron variantı işlənmiş və gənclərin istifadəsinə verilmişdir.Bundan başqa diyarşünaslığı inkişaf etdirmək məqsədi ilə “ Ağsu” bələdçi kitabı hazırlanmış və burda rayon haqqında əfsanələr, rəvayətlər və zərb-məsəllər toplanmışdir.
Foto Qalereya