Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
13 Dekabr , 2017
Ağsuda Rayon Mədəniyyət Mərkəzinin və mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə görkəmli şair və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Sevən Molla Pənah Vaqif sevilir” adlı tədbir keçirilib.  AZƏRTAC   xəbər verir ki, mərkəzi kitabxananın oxu zalında təşkil olunan, rayon ziyalılarının, gənclərin, Vaqifsevərlərin iştirak etdikləri tədbiri İsmayıllı Regional və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə açıb, Molla Pənah Vaqifin həyatı, zəngin yaradıcılığı, ictimai fəaliyyəti barədə danışıb.Ölkə başçısının “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamının Vaqif şəxsiyyətinə, yaradıcılığına verilən qiymətin parlaq təzahürü olduğunu diqqətə çatdıran C.Şeydazadə böyük şairin 300 illiyinin UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunmasının təkcə Molla Pənah Vaqifə deyil, həm də bütövlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi səciyyələndirib.Sonra söz Vaqifsevərlərə verilib. Şair Marif Şikar, Günel Şıxəliyeva, Eyvaz Bayramov və Yusif Məmmədov böyük sənətkara həsr etdikləri şeirlərini söyləyiblər.Tədbirdə Molla Pənah Vaqifin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
Foto Qalereya