Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
12 Dekabr , 2017
Ağsu rayonunda ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümünü rayon ictimaiyyəti ilə birlikdə mədəniyyət işçiləri də ehtiramla yad etmişlər. Dekabrın 12-də səhər saatlarında rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət işçiləri şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada böyük öndərin abidəsini ziyarət edib, önünə əklil və qərənfillər qoyub, Ümummilli Liderə öz ehtiramlarını bildiriblər.