Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
10 Yanvar , 2018
2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.Elza İbrahimova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər meydana gətirmişdir. Bəstəkarın uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıları müasir Azərbaycan musiqi sənəti xəzinəsinin dəyərli nümunələri olub, özünə xas lirizmi və melodikliyi sayəsində dinləyicilərin böyük rəğbətini qazanmışdır .Bu fikirlər 10 Yanvar 2018-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında keçirilən və böyük bəstəkar Elza İbrahimovanın 80 yubileyinə həsr olunmuş mahnı saatında səsləndirilmişdir.Tədbiri açan İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə “Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin Sərəncamından,bəstəkarın həyat və yaradıcılığından,
bəstələdiyi mahnılardan danışmış, və oxucuları onun mahnılarından ibarət video-çarxa baxmağa dəvət etmişdir
Foto Qalereya