Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
17 Yanvar , 2018
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olub. 17 yanvar 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbiri açan Cəbrayıl Bədəlov tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, 20 yanvar gecəsi şəhidlik zirvəsinə ucalan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, azadlıq, müstəqillik yolundan onu heç bir qüvvə döndərə bilməz. 20 Yanvar faciəsindən 28 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir. Sonra çıxış edən 1 saylı tam orta məktəbin müəllimi Xəyal Əliyev Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışdı. Tədbirdə çıxış edən Tahir Əzimov 20 Yanvarda gördüyü hadisələrdən danışdı.Sonda tədbir iştirakçıları qarşısında 20 Yanvar hadisələrini əks etdirən “Qanları ilə azadlıq dastanı yazanlar” video- çarxı nümayiş etdirildi.
Foto Qalereya