Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
26 Yanvar , 2018
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.Bu fikirlər 26 Yanvar 2018-ci il tarixdə Ağsu şəhər mərkəzi kitabxanasında keçirilən tədbirdə səsləndirilmişdir.Çıxış edən Afiq Şaməmmədov, Ülkər Hacıyeva, Leyli Qarayeva və Sevinc Nuriyeva ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində F.Köçərlinin maarifçi ziyalı kımı apardığı işlərdən danışmış, əsərləri , ruhanilərin tənqidinə ,qadın probleminə , maarif məsələlərinə həsr olunmuş məqalələri, uşaqlar üçün nəşr olunan kitab və jurnalları,çalışdığı qəzet və jurnallar barədə məlumat vermişlər.
Foto Qalereya