Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Elanlar
5 Fevral , 2018
Əziz ağsulular! Respublikamızda uşaq və məktəblilər arasında “Nəsimi poeziyası”adlı bədii qiraət müsabiqəsi keçiriləcəkdir. II turdan ibarət müsabiqənin I turu regionlarda Yanvar-Mart aylarında Şəhər Mərkəzi kitabxanalarında təşkil olunur.Hər rayondan 1 qalib seçilib İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinə (İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Qobustandan) göndəriləcəkdir.Aprel ayında I tur yekunlaşdırılacaqdır.I turda hər region üzrə qalib gəlmiş 2 nəfər seçilib May ayında Bakı şəhərində keçiriləcək yekun müsabiqəyə göndəriləcəkdir. Bu turda Mədəniyyət və Turizm nazirliyinin təyin etdiyi münsiflər heyəti qalibləri müəyyənləşdirir. Qaliblər xüsusi hədiyyələr və Nazirliyin diplomları ilə təltif olunacaqdır.
Əziz ağsulular! Uşaq və məktəblilər arasında keçirilən bu müsabiqədə fəal iştirak edin. Müsabiqədə iştirak etmək istəyənlər bu ünvana müraciət etməlidir:
Ünvan: Ağsu şəhəri H.Əliyev küçəsi, 114. Mərkəzi kitabxana.
Əlavə məlumatları bu telefonlarla öyrənə bilərsiniz.
iş telefonu:020-226-39-74
mobil: (050-530-10-56 )
MKS-nin Face-book unvanı:
Ağsu Rayon Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu
MKS-nin veb saytı CLS.AZ
Müdiriyyət.