Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
7 Fevral , 2018
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun 30 yaşı tamam olur. Bu münasibətlə Ağsu rayon Mərkəzi kitabxanasında anma mərasimi təşkil edilmişdi.Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin təkil etdiyi tədbirdə çıxış edən Eyvaz Bayramov və Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov vurğuladılar ki,Azərbaycan tarixən öz qəhrəmanları ilə seçilmişdir.Ad günü qeyd edilən Mübariz İbrahimov da öz şücaəti ilə ömrünün gənclik çağında adını tarixə yazmış və ölçüyəgəlməz vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltmışdır.Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanmışdır.Sonra 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri Xumar Piriyeva və Fatimə İsmayılzadə Mübariz İbrahimova həsr olunmuş şerlər səsləndirmişlər.Tədbir iştirakçıları mövzu ilə əlaqədar kitab sərgisi ilə tanış olmuşlar.
Foto Qalereya