Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
13 Fevral , 2018
2018-ci ilin Fevralın 13-də Ağsu rayon Mərkəzi kitabxanasında dünya şöhrətli bəstəkar, Xalq Artisti, Dövlət Mükafatı laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.Mərkəzi kitabxananın və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov və Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov bu gün ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb, Q.Qarayevin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 17-də imzaladığı Sərənca-mı xatırladıb.Bildirilib ki, Q.Qarayev Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olub və hələ sağlığında ikən ölkəmizin simvoluna çevrilib. Tədbir musiqi proqramı ilə davam etdirilib.
Foto Qalereya