Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
21 Fevral , 2018
21 Fevral 2018-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında Elmira Bağırovanın “Ürəyim vətən istəyir” adlı kitabının təqdimatı keçirilmişdir.
Elmira Bağırovanın bu kitabı Qarabağ,xüsusilə də Xocalı hadisələrindən bəhs edir.Əslən Xocalı olan müəllif şahidi olduğu Qarabağ hadisələrindən danışır.Kitabda həmçinin müəllif torpaq həsrətini petik misralarla oxucularla bölüşmüşdür.Təqdimat mərasimini açan Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov Xocalı soyqırımının 26 cı ildönümündən ,dövlətimizin Xocalı soyqırımının tanınması sahəsində apardığı işlərdən ,onun insanlarına göstərdiyi qayğılardan danışmışdır.Çıxış edən Xocalı sakini Əmrah Məmmədov,fəal oxucu Eyvaz Bayramov kitab haqqında,onun müəllifi haqqında fikirlərini oxucularla bölüşmüşdür.Daha sonra Ağsu şəhər 3 saylı məktəbin şagirdləri Nərmin Məmmədova,Musa Niftaliyev,Vəsilə Mütəllimzadə,Rəvan Abdullazadə,Murad Nəsirov,Nurlan Süleymanov,Ceyhun Əhmədzadə və Zəminə Heydərova kitabdan şeirlər söyləmişlər. Tədbirin sonunda müəllif yeni çapdan çıxmış kitabını oxuculara hədiyyə etmişdir
Foto Qalereya