Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
23 Fevral , 2018
23 Fevral 2018-ci il tarixdə Mərkəzi kitabxanada “Nəsimi poeziyası” qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirilib.İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə tədbir iştirakçılarına qiraət müsabiqəsi haqqında məlumat verib. Rayonunun şəhər və kənd məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqənin 1-ci turunu 5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Münsiflər heyətində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə, ədəbiyyat müəllimi Yeganə Cəlilova , rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov,Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov və Uşaq kitabxanasının müdiri Ülkər Hacıyeva iştirak edirdi. Rayon məktəblilərinin iştirak etdiyi seçim turunda Həcər İdayətova( 10 sinif),Ayişə Musaye-
va(8 sinif) və Səbinə Xasayeva (9 sinif) fərqlənmişlər.
Foto Qalereya