Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
12 Mart , 2018
12 Mart 2018-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında xalq yazıçısı Anarın anadan olmasının 80 illiyi münasibəti ilə kitab sərgisi təşkil edilmişdir. Anar Rəsul oğlu Rzayev 1938-ci il Mart ayının 14-də xalq şairi Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində anadan olmuşdur. Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr,dram,şeir və bədii-bioqrafik kitabları nəşr edilmişdir. 12 bədii filmin və 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifidir. 8 pyesi Azərbaycanda, Türkiyədə, Moskvada, Özbəkstanda, Tatarstanda və Türkmənstanda tamaşaya qoyulmuşdur. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.2 dəfə millət vəkili seçilmişdir. 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı”fəxri adlarına layiq görülmüş, 1980-cı ildə Dövlət mükafatı laureatı olmuşdur. 1998-ci ildə “İstiqlal”, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur. 2011-ci ildə “Heydər Əliyev” mükafatının, ”Humay” mükafatının laureatı olmuşdur. Prezident təqaüdçüsüdür. Proifessor A.Rzayev AMEA Nizami adına Ədəbiyyat İnstitunun ,Nəsimi adına Dilçilik İnstitunun ,bir neçə Türkiyə universitetlərinin fəxri doktorudur.Anar 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri olmuşdur.