Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Prezident İlham Əliyev
29 Mart , 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunda səfərədə olub..Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.Dövlətimizin başçısı görülən işlərlə tanış olub, Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ, patoloji-anatomiya və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Prezident İlham Əliyev Ağsuda çörək zavodunun açılışında iştirak etmişdir.Prezident İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunmuşdur. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcəkdir.Çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaqdır. Zavodun ərazisi yüksək səviyyədə abadlaşdırılmışdır. Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.Dövlətimizin başçısı zavodun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayonun müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmişdir. O, Azərbaycanda dövlət qulluğunun sistemli inkişafına ümummilli liderimiz Heydər Əliyevin töhfəsini vurğulamış, respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açaraq bu məsələləri Prezident İlham Əliyevin daim diqqətdə saxladığını bildirmişdir.İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə son illərdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3 nəfərin təltif olunmasının bütövlükdə rayon icra hakimiyyətinin işinə dövlət başçısının yüksək qayğısının təzahürü olduğunu bildirmişdir.Sonda dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup şəxsə rayon icra hakimiyyətinin Fəxri Fərmanı verilmişdir.
Foto Qalereya