Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
29 Mart , 2018
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.Bu fikirləri fəal oxucu Üzeyir Əzizov 30 Mart 2018-cı il tarixdə azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Mərkəzi kitabxanada keçirilən tədbirdə səsləndirmişdir.O, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Yanvar 2018-ci il tarixli Sərəncamı ilə əlaqədar tədbir iştirakçılarına məlumat vermiş.vurğulamışdır ki,rayonumuzun Ağsu şəhəri,Kalva, Dilman, Xatman, Suraxanı, Gürcüvan
Ağabəyli Qaravəlli,Çaparlı,Nuran,Nüydü,Qəşəd və Bico kənd yaşayış məskənlərinin əhalisi də soyqırıma məruz qalmış,neçə-neçə dinc sakin erməni vəhşiliyinin qurbanı olmuşdur.Çıxış edən 3 saylı şəhər tam orta məktəbin müəllimi Bircahan Məmmədova,1 saylı şəhər tam orta məktəbin müəllimi Dişad Şıxaliyeva,şəhər Mədəniyyət evinin işçisi Eyvaz Bayramov da 1918-ci ilin martında ermənilərin Ağsu ərazisində törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verdilər.Tədbirin sonunda bu mövzuda təşkil olunmuş kitab sərgisinə və videoçarxa baxış keçirildi.
Foto Qalereya