Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
5 Aprel , 2018
Fətalıyev Akif Saleh oğlu.-1989-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəma-
nı Allahverdi Bağırovun dəstəsində döyüşüb.Marguşəvan ,Maraqal,Aşağı Çaylı,Yuxarı Şaylı,Talış,Həsənqaya və torpaq təpə döyüşlərində fəal iştirak edib.
A.Fətalıəyev o günləri xatırlayıb deyir:”Tərtərdə uşaq bağçasında qalırdıq.O vaxt Müdafiə Naziri general Nəcməddin Sadıqov göstəriş verdi ki,strateji əhəmiyyətli Margüşəvan kəndi alınmalıdır.10 may 1992-ci ildə bir tank ilə hücumkeçdik.
Şiddətli döyüşlərdə düşməni məhv edib kəndi aldıq.Düşmən döyüşlərdə çoxlu sayda itki verdi.Halbuki dəstəmiz ermənilərlə müqayisədə çox az idi.2016-cı ilin aprel döyüşlərinin ildönümü ərəfəsində əsgərlərimizə onu demək istəyirəm ki,biz döyüşkən xalqıq.
.Heç bir erməni əsgəri bizim qarşımızd dayanbilməz.Düzdü,torpağımız uğrunda döyüşlərdə neçə-neçə qəhrəman övladlarımız şəhid olub.Əsas odur ki,onlar torpağ uğrunda şəhid olublar.Biz gec-tez ali Baş komanda,prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcək,şəhidlərimizin qisasını alacağıq”.
Foto Qalereya