Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
2 Aprel , 2018
02 Aprel 2018-ci il tarixdə Ağsu rayonunun Bico kəndində aprel döyüşləri zamanı şəhid olmuş Toğrul Fərəczadənin anım mərasimi keçirilib.Mərasimdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, sakinlər iştirak edərək şəhidin qəbri üstünə tər qərənfillər düzüblər.Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin əməkdaşları,şəhidin doğulduğu Bico kəndinin məktəb direktoru Yaşar Qarayev aprel döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlıqlarından,Toğrulun məktəb illərindən ,Vətənə məhəbbətindən və keçdiyi qəhrəmanlıq yolundan danışıblar
Foto Qalereya