Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
19 Aprel , 2018
Azərbaycanın Əməkdar Elm Xadimi,Rusiya Tibb Elmlər akademiyasının laureatı,aka-
demik Zərifə xanım Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir.İnsanların gözlərinə nur verən Zərifə Əliyeva oftalmologiya üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi.Qəlbən təmiz,ruhən nəcib olan bu insan peşəsinin vurğunu idi.Bu fikirlər Aprelin 19-da Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim ,akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş “dəyirmi masa”da səsləndirilmişdir.Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuş ”dəyirmi masa”da Ağsu rayon Mərkəzi kitabxanasının direktoru Cəbrayıl Bədəlov ”Qayğıkeş ana,vəfalı ömür gün yoldaşı,böyük alim”, Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov ”Azərbaycan tarixində iz qoyan qadınlar”, şəhər 1 saylı məktəbin direktoru Sənan Nemətov ”Nəsillərə nümunə olan ömür yolu” və 3 saylı məktəbin müəllimi Yeganə Cəlilova ”Dünya şöhrətli alim- oftomoloq” mövzusunda çıxış etmişlər.Sonda tədbir iştirakçıları görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sənədli filminə baxmış və “Gözlərə nur bəxş edən alim” başlıqlı kitab sərgisi ilə tanış olmuşlar.
Foto Qalereya