Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
7 May , 2018
07 May 2018-ci il tarixdə Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş ənənəvi X Kitab bayramı keçirilmişdir. Rayon rəhbərlərinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin iştirakçıları ilk öncə parkda ulu öndərin abidəsini ziyarət etmiş, heykəlin önünə təzə-tər çiçəklər qoymuşlar. Daha sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxmışlar. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab və jurnal nümayiş etdirilmişdir.Tədbirdə həmçinin Heydər Əliyevin Ağsu rayonuna səfərləri,Ağsunun Milli Qəhrəmanları haqqında stendlər,balaca oxucuların əl işlərindən ibarət sərgilər nümayiş etdirilmiş,uşaqlar yerdə müxtəlif mövzuda şəkillər çəkmişlər.Rayon Mərkəzi rkitabxanasının işçiləri kitabsevərlərə ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər vermişlər.Tədbirdə ulu öndərə həsr olunmuş ən yaxşı şeir söyləyənlər arasında keçirilən müsabiqədə qalib gələn uşaq və yeniyetmələrə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan yüzlərlə kitablar hədiyyə edilmişdir. Burada, habelə ən yaxşı kitabxanaçı və ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqəyə də yekun vurulmuş,qaliblər-mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Ülkər Hacıyevaya və Camaləddin Zeynalova kitab hədiyyələri verilmişdir.
Foto Qalereya