Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
17 May , 2018
17.05.2018-ci il tarixdə Ağsu rayon Mədəniyyət Mərkəzi Mərkəzi Kitabxana ilə birgə Laçın rayonunun iş-ğalı günü ilə əlaqədar Dəyirmi masa keçirilmişdir. Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov çıxışa başlayaraq, Laçın rayonunun işğal tarixindən, o vaxt respublikada mövcud olan ictimai-siyasi vəziyyətdən, ölkə rəhbərliyinin səriştəsizliyindən danışaraq, bu işğalın nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında yolun ermənilər üçün tam açıldığını və sonrakı işğallar üçün əlverişli mövqe yarandığını qeyd etdi. Ağsu Şə-hər 1 saylı orta məktəbin müəllimi Surə Sadıqova, Şəhər Mədəniyyət evinin metodisti Eyvaz Bayramov çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində tezliklə işğala son qoyulacağına və işğal olunmuş rayonlarımızın geri qaytarılacağına əminliklərini ifadə etdilər.
Sonda əslən Xocalıdan olan şagird Gülay Bağırova hələ görmədiyi döğma yurdu haqqında yazdığı şerlə tədbir iştirakçılarını mütəəssirləndirdi.
Foto Qalereya