Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
26 May , 2018
Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Cümhuriyyətin 100-cü ildönümündən düz bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında Sərəncam imzalaması, 2018-ci ilin başlanğıcında, yanvarın 10-da dövlətimizin başçısı tərəfindən cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
Sərəncama uyğun olaraq rayonumuzda,o cümlədən Mərkəzləşdirilmiş Kitabxana Sistemində də silsilə tədbirlər keçirilməsi planlaşdırılmışdır.26 May 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən “Müasir azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı “dəyirmi masa” bu qəbildən olan tədbirlərdəndir.Tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov “Müasir azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”,Həsrət Balaşov “Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublikadır”,Ülkər Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi” və Vidadi Hüseynov “AXC-nin 23 ayda həyata keçirdiyi işlər” mövzusunda müzakirələr aparmışlar.Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış olmuşlar.
Foto Qalereya