Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
25 May , 2018
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 May 2017-ci il tarixli 2867 nömrəli Sərəncamına müvafiq olaraq respublikanın hər yerində olduğu kimi Ağsu rayonunda da silsilə tədbirlər keçirilir.25 May 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının,rayon ictimaiyyətinin iştirak etdiyi kitab bayramı da Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu.Ulu öndər Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri düzdükdən sonra tədbir başladı.Bayraqlarla,şarlarla bəzədilmiş parkda 1000-ə yaxın müxtəlif məzmunda kitablar sərgilənmişdi.”Ağsunun tarixi”,”Azərbaycan Xalq Cümhuriyyəti -100”,” Heydər Əliyev -Azərbaycan dövlətinin qurucusudur”,”Ağsu yazarları”,”Ağsunun tarixi”,”Ağsunun kitab abidələri”,Uşaq nağılları,Uşaq jurnalları və s. başlıqlarla kitablar sərgilənmişdi.Tədbirdə müxtəlif məzmunda 200-ə yaxın kitab və kitabça,Ağsu rayonun “Birlik”qəzetinin və Cümhuriyyət haqqında iki film elektron variantda iştirakçılara paylandı.Bundan başqa tədbirin gedişində yerli yazar Mətləb Məmmədoğlu öz yeni kitabını oxuculara hədiyyə etmişdir.Üç saatdan çox çəkən kitab bayramından əhali xoş əhval-ruhiyyə ilə ayrılmışlar.
Foto Qalereya