Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
1 İyun , 2018
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür.Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir.Bu fikirlər 1 İyun 2018-ci il tarixdə Mərkəzi kiutabxanada keçirilən tədbirdə səsləndirildi.Ağsu şəhər 3 nöm-
rəli məktəbin müəllimi Dilarə Rəcəbova və Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Məhbubə Əhmədova dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan,uşaq problemlərinin aradan qaldırılması yollarından danışdılar. Sonda uşaqlar bu mövzuda təşkil olunmuş sərgi ilə tanış oldular.
Foto Qalereya