Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
5 İyun , 2018
2018-ci ilin 5 İyununda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Böyük şairin əsərlərini təbliğ etmək üçün Mərkəzi kitabxanada kitab sərgisi təşkil edilmişdir.Sərgidə Azərbaycan Respublikası cənab İlham Əliyevin”Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 May 2018-ci il tarixli Sərəncamı və əsərləri sərgilən-mişdir.