Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
11 İyun , 2018
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu fikirlər 11 İyun 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbirdə səsləndirildi.Məhbibə Əhmədova ,Kəmalə Mütəllibova,Leyla Abasova və 3 saylı məktəbin müəllimi Ülviyyə Dəmirova belə bir fikir vurğuladılar ki, 1993-cü il 15 iyunundan hakimiyyətə yenidən qayıdan Heydər Əliyev Azərbaycanda yeni eranın başlanğıcını qoydu. Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.
Foto Qalereya