Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
1 Avqust , 2018
“1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü” ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Bu fikirlər 01 Avqust 2018-ci il tarixdə Mərkəzi kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “dəyirmi masa”da səsləndirildi.Mərkəzi kitabxananın və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə MKS-nin direktoru CəbrayılBədəlov,Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov,rayon sakinləri Zinhar Rüstəmov və Şikayət Məhərrəmova “Azərbaycan dilinin və əlifbasının tarixi”,”Ulu öndər Heydər Əliyev və azərbaycan dili”,azərbaycan dili və əlifbası haqqında qanunlar ,Sərəncamlar və Fərmanlar barədə söz açdılar.Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş sərgi ilə tanış oldular.
Foto Qalereya