Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
17 Avqust , 2018
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunub.1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını ,1993-cü ilin avqustun 31-də isə Qubadlı rayonlarını işğal ediblər. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.17 Avqust 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbir də Azərbaycanın bu dilbər guşələrinin işğalının 25-ci ildönümünün anım gününə həsr olunmuşdur.Tədbirdə Ağsu rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov, rayon sakinləri Polad Cavadov,Nəzakət Mürsəlova və Qulaş Mirzəyev çıxış etmişlər.
Foto Qalereya